...

Braziliya koronavirus qurbanlarının sayına görə dünyada ikinci yerdədir

Dünya xəbərləri Materials 13 İyun 2020 04:45 (UTC +04:00)
Braziliya koronavirus qurbanlarının sayına görə dünyada ikinci yerdədir

Bakı. Trend:

Braziliya koronavirus qurbanlarının sayına görə İngiltərəni qabaqlayaraq bu göstərici üzrə dünyada ikinci oldu.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyinin portalında xəbər verilib.

Cənubi amerikan respublikasında koronavirusdan ölənlərin sayı son sutkada 909 olmaqla 41 828-ə yüksəlib. Eyni zamanda sutka ərzində 25 982 yeni yoluxma halı aşkarlanıb və ümumilikdə bu say 828 810-a çatıb. Sağalananların sayı bütün pandemiya dövrü ərzində 365 063 təşkil edib.

Daha əvvəl olduğu kimi epidemiyanın ocağı cənub-şərqdə yerləşən San-Paulu ştatı və eyni adlı paytaxtıdır. 21 milyon sakini olan bu bölgədə yoluxanların sayı 167 900, ölənlərin sayı isə 10 368 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti