...

ABŞ-da maska taxmaqdan imtina edən sərnişin təyyarədən çıxarıldı

Dünya xəbərləri Materials 19 İyun 2020 10:36 (UTC +04:00)
ABŞ-da maska taxmaqdan imtina edən sərnişin təyyarədən çıxarıldı

Bakı. Trend:

ABŞ-ın “American Airlines” aviaşirkəti qoruyucu maska taxmaqdan imtina etdiyi üçün sərnişini reysdən çıxarıb.

Trend-in məlumatına görə, insident Nyu York-Dallas reysində baş verib.

Brendon Straka adlı sərnişin göyərtə bələdçilərinin tələblərinə baxmayaraq maska taxmayıb və nəticədə təyyarədən çıxarılıb.

Aviaşirkət öz açıqlamasında bildirib ki, həmin sərnişin qoruyucu maskalar tələb olunmayanadək heç bir reysə buraxılmayacaq.

Eyni zamanda ABŞ-ın Kaliforniya ştatında açıq havada maska taxmaq zərurəti tətbiq edilib. Yalnız 2 yaşa qədər uşaqlar maska taxmaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti