...

Rusiyada koronavirus vaksininin payızda istehsalı gözlənilir

Dünya xəbərləri Materials 20 İyun 2020 17:38 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirus vaksininin bu ilin payızında istehsal olunacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu ölkənin Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksandr Gintsburq deyib.

Hazırda Rusiyada vaksinin sınaqları keçirilir. İyunun 18-dən etibarən könüllülərin peyvəndləşməsi başlayıb.

Peyvənddən sonra könüllülərdə hər hansı bir əks təsir müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti