...

Rusiyada ümumxalq səsverməsi başa çatıb

Dünya xəbərləri Materials 1 İyul 2020 22:50 (UTC +04:00)
Rusiyada ümumxalq səsverməsi başa çatıb

Bakı: Asif Mehman - Trend.

Rusiyada konstitusiya dəyişiklikləri üçün keçirilən ümumxalq səsverməsi başa çatıb.

Trend-in məlumatına görə, artıq səslərin 25 faizi hesablanıb.

Hesablamalara görə, hesablanan səslərin 73,2 faizi ölkədə konstitusiya dəyişikliklərini dəstəkləyir, 25,8 faiz seçici isə konstitusiya dəyişikliklərinin əleyhinə səs verib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə üzrə seçici fəallığı 64,9 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti