...

İranda koronavirusa yoluxanların sayı 255 mini keçib

Dünya xəbərləri Materials 11 İyul 2020 14:13 (UTC +04:00)
İranda koronavirusa yoluxanların sayı 255 mini keçib

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 2 397 nəfərin koronavirusa (COVID19) yoluxması ilə yoluxma sayı 255 117 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 3 338 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 188 nəfər koronovirusdan ölüb. Bununla da İranda koronavirusdan ölənlərin sayı 12 635 nəfərə yüksəlib.

Nazirlik rəsmisi İranda indiyədək 217 666 nəfərin koronavirusdan sağaldığını deyib.

Sadat Lari bildirib ki, İranın Xuzistan, Şərqi Azərbaycan, Rəzəvi Xorasanı, Hörmüzqan və Şimali Xorasan vilayətlərində vəziyyət daha təhlükəlidir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,94 milyondan çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti