...

Roma papası Livana maliyyə yardımı edib

Dünya xəbərləri Materials 7 Avqust 2020 17:39 (UTC +04:00)

Bakı. Trend:

Roma papası I Fransisk Beyrut limanında baş vermiş güclü partlayış nəticəsundə zərər çəkən insalara dəstək məqsədilə Livan kilsəsinə 250 min avro ianə verib.

Trend-in məlumatına görə, maliyyə yardımı Beyrutdakı apostol nunsiaturası vasitəsilə verilib.

Roma papası, həmçinin Livan xalqına dəstək olduğunu açıqlayıb.

Xatırladaq ki, Beyrut limanında baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb. 5 mindən çox şəxs yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti