...

Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfəri keçib

Dünya xəbərləri Materials 13 Avqust 2020 12:46 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfər həddini keçib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Statistika Bürosu bildirib.

Statistikaya əsasən, iyul ayında ölkədə işsizlərin sayı 16 min nəfər artıb. Hazırda Avstraliyada işsizlik səviyyəsi 7,5 faizə çatıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avstraliyanın iri ştatlarında sərt karantin rejimi davam edir, bir sıra ştatlar arasında sərhədlər bağlanıb.

Bu günədək ölkədə 22 mindən çox şəxs koronavirusa yoluxub, 361 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti