...

Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq

Dünya xəbərləri Materials 20 Sentyabr 2020 02:15 (UTC +04:00)
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq

Bakı. Trend:

ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Kanada tərəfi ölkələr arasındakı sərhədin mümkün qədər tez açılmasını istəyir: "Normal iş rejiminə qayıtmaq istəyirik, sərhədləri çox yaxında açacağıq".

Xatırladaq ki, ABŞ-Kanada sərhədinin bağlanması ilə bağlı qərar yeni növ koronavirus (COVİD-19) pandemiyası fonunda qəbul edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti