...

ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 21 Sentyabr 2020 07:15 (UTC +04:00)
ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 7 001 273 nəfərə çatıb.

Trend-in "Worldometer" portalına istinadən verdiyi məlumata görə, hazırkı dövrədək ABŞ-da koronavirusa yoluxanlardan 204 118 nəfəri ölüb, 4,24 milyon nəfəri isə sağalıb.

Bundan əlavə, Hindistanda koronavirusa yoluxanların sayı 5,48 milyon nəfəri ötüb, onlardan 87,9 min nəfəri ölüb, 4,39 milyon nəfəri isə sağalıb.

Braziliyada koronavirusa 4,54 milyon nəfər yoluxub, onlardan 3,85 milyon nəfəri sağalıb, 136,89 min nəfəri isə ölüb.

Dünyada koronavirusa 31 220 096 nəfər yoluxub, onlardan 7,4 milyon nəfəri sağalıb, 964 761 nəfəri isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti