...

Bayden Corciya ştatında Tramp üzərində liderliyini artırıb

Dünya xəbərləri Materials 7 Noyabr 2020 04:18 (UTC +04:00)
Bayden Corciya ştatında Tramp üzərində liderliyini artırıb

Bakı. Trend:

Demokratçı Cozef Bayden Corciya ştatında (16 seçici səsi) ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp üzərində liderliyini artırıb.

Trend-in məlumatına görə, bu barədə CNN televiziya şirkəti bülletenlərin 99%-inin yoxlanıldıqdan sonra bildirib.

Məlumata əsasən, bu günə qədər C.Baydenə 2 455 681 seçici (49,4 faiz), D.Trampa isə 2 451 541 (49,3 faiz) səs verib.

Beləliklə, C.Bayden hazırkı Amerika liderini 4 mindən çox səslə qabaqlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti