...

Bayden prezident seçkilərində qalib gəldiyini bildirib

Dünya xəbərləri Materials 7 Noyabr 2020 23:23 (UTC +04:00)
Bayden prezident seçkilərində qalib gəldiyini bildirib

Bakı. Trend:

Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden seçkilərdə qalib gəldiyini bəyan edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə C.Bayden özünün "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti vəzifəsinə namizəd bildirib: "Amerika, bu böyük ölkəyə rəhbərlik etmək üçün seçilməyimdən qürur duyuram. Qarşıda çox iş var, amma söz verirəm ki, mən bütün amerikalıların prezidenti olacağam".

Qeyd edək ki, bir sıra KİV-lərin məlumatına əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (20 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.

D.Trampın səslərinin sayı 213-ə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti