...

NATO-nun baş katibi Baydeni prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib

Dünya xəbərləri Materials 8 Noyabr 2020 01:19 (UTC +04:00)
NATO-nun baş katibi Baydeni prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Baydeni seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi özünün "Twitter" hesabında yazıb.

Y.Stoltenberq bildirib: "Cozef Bayden və Kamala Harris, sizi növbəti ABŞ prezidenti və vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibəti ilə təbrik edirəm".

Qeyd edək ki, bir sıra KİV-lərin məlumatına əsasən, C.Bayden qələbə üçün tələb olunan 270 seçici səsini toplayıb. Bildirilir ki, C.Bayden Pensilvaniya ştatında (20 seçici səsi) qələbə qazanaraq səslərinin sayını 273-ə çatdırıb.

D.Trampın səslərinin sayı 213-ə bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti