...

Maya Sandu Moldovada keçirilən prezident seçkilərində qalib gəlib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 16 Noyabr 2020 07:18 (UTC +04:00)
Maya Sandu Moldovada keçirilən prezident seçkilərində qalib gəlib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Moldovada keçirilən prezident seçkilərində ölkə daxilində səslərin 100 faizi hesbalanıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, səslərin 100 faizinin hesablanmasından sonra Hərəkət və Həmrəylik Partiyasından namizəd Maya Sandu 56,28 faiz, hazırkı prezidenti İqor Dodon isə 43,72 faiz səs toplayıb.

Xarici ölkələrdə səslərin 98,69 faizi hesablanıb, hazırda ABŞ və Kanadada hesablanması davam edir.

XXX

04:15

Səslərin 99 faizinin hesablanmasından sonra Hərəkət və Həmrəylik Partiyasından namizəd Maya Sandu 56,91 faiz, hazırkı prezidenti İqor Dodon isə 45,81 faiz səs toplayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında bildirilir.

XXX

01:19

Səslərin 90 faizinin hesablanmasından sonra Hərəkət və Həmrəylik Partiyasından namizəd Maya Sandu 51,4 faiz səs toplayıb, hazırkı prezidenti İqor Dodon isə 48,6 faiz.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında bildirilir.

Moldova MSK-nın məlumatına əsasən, seçkilərdə seçici fəallığı 52,69 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti