...

Xorvatiyada yük maşını mikroavtobusla toqquşub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 22 Noyabr 2020 02:48 (UTC +04:00)
Xorvatiyada yük maşını mikroavtobusla toqquşub, ölənlər və yaralananlar var

Bakı. Trend:

Xorvatiyada yük maşını mikroavtobusla toqquşub, qəza ölkənin paytaxtı Zaqrebdən 19 kilometr aralıda baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzada xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, yük maşını yolun kənarında dayanan mikroavtobusa çırpılıb. Qəza zamanı mikroavtobusda 9 sərnişin olub.

Qəza ilə əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti