...

Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs alan ilk namizəddir

Dünya xəbərləri Materials 25 Noyabr 2020 08:20 (UTC +04:00)
Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs alan ilk namizəddir

Bakı. Trend:

Demokrat Cozef Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs qazanan ilk namizəd oldu. Bir çox ştatın hakimiyyəti sesvermənin nəticələrini hesablamağını hələ də davam edir.

Trend-in məlumatına görə, NBC televiziya şirkəti bildirib ki, indiyə qədər ən azı 80 011 360 seçicinin C.Baydenə səs verdikləri və Ağ Evin hazırkı başçısı Donald Trampı 73 881 874 nəfər dəstəklədiyi artıq məlumdur.

Cook Political Report tədqiqat təşkilatının hesablamalarına görə, demokratın 80 070 466 səs toplayıb. Öz növbəsində Fox News C.Baydenin hələ 80 milyon həddini keçmədiyini iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti