...

Moskvada koronavirusa yoluxanların sayı 647 mini ötüb

Dünya xəbərləri Materials 7 Dekabr 2020 01:15 (UTC +04:00)
Moskvada koronavirusa yoluxanların sayı 647 mini ötüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 76 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib".

Ümumilikdə pandemiyanın başlayandan Rusiya paytaxtında virusa 647 562 nəfər yoluxub, 490 844 nəfər xəstəlikdənsağalıb, koronavirus təsdiqlənən 9 425 nəfər ölüb.

Rusiya Federasiyasındakı günlük COVID-19 virusuna yoluxma sayı maksimum rekordu yeniləyib: 85 bölgədə 29 039 hadisə aşkarlanıb.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 647 562, virusdan ölənlərin sayı 9 425 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti