...

Dünyada koronavirusa yoluxanların sayı 71,69 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 13 Dekabr 2020 10:15 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 71,69 milyon nəfəri ötüb

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 71,69 milyon nəfəri ötüb.

Trend-in beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinə istinadən verdiyi məlumata görə, saat 09:00 üçün dünyada koronavirusa 71 698 043 yoluxma halı qeydə alınıb.

Məlumata əsasən, koronavirusa yoluxanlardan 1 604 928 nəfəri vəfat edib, 46,8 milyonu isə koronavirusdan sağalıb.

Dünyada ən çx yoluxma halları ABŞ (16 058 853), Hindistan (9 857 029) və Braziliyada (6 880 127) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti