...

ABŞ-da atışma olub, 3 nəfər ölüb

Dünya xəbərləri Materials 27 Dekabr 2020 07:53 (UTC +04:00)
ABŞ-da atışma olub, 3 nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın İllinoys ştatının Rokford şəhərində atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Bildirilir ki, yaralılar xəstəxanaya yerlədşirilib.

Məlumata əsasən, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. İnsidentin baş vermə səbəbi barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti