Bakı. Trend:
Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə "Brexit" üzrə keçid dövrü başa çatıb.
Trend-in məlumatına görə, keçid dövrünün başa çatması ilə tərəflər arasında əməkdaşlıq və ticarət haqqında razılaşma qüvvəyə minib.
"Brexit"dən sonra 11 ay davam edən keçid dövrü Bakı vaxtı ilə yanvarın 1-i saat 03:00-da başa çatıb. Beləliklə Böyük Britaniya Avropa İttifaqının vahid bazar və görmük ittifaqından çıxıb, lakin tərəflər rüsumsuz və kvotasız ticarəti davam etdirəcəklər.