Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 202 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 21 295 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 11 180 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 232 035 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 11 672 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 114 760 nəfər təşkil edir.