...

İngiltərədə yenidən karanatin tətbiq edilir

Dünya xəbərləri Materials 5 Yanvar 2021 05:23 (UTC +04:00)
İngiltərədə yenidən karanatin tətbiq edilir

Bakı. Trend:

Böyük Britaniya hökuməti İngiltərə ərazisində epidemioloji vəziyyətin sürətlə pisləşməsi səbəbindən karantinin tətbiq edilməsi və məktəblərin bağlanılması barədə qərar qəbul edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu xalqa xüsusi müraciəti zamanı Birləşmiş Krallığın baş naziri Boris Conson deyib.

B.Conson bildirib: "İndi təcili tədbirlər görülməsə, Milli Səhiyyə Sistemi 21 gün ərzində həddindən artıq yüklənə bilər".

Baş nazir vurulayıb ki, karantin təxminən fevral ayının ortalarına qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti