...

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və referendum başlayıb

Dünya xəbərləri Materials 10 Yanvar 2021 07:22 (UTC +04:00)
Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və referendum başlayıb

Bakı. Trend:

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum bu gün yerli vaxtla saat 08:00-da başlayıb.

Trend-in məlumatına görə, bütün ölkə üzrə 2474 seçki məntəqəsi açılıb.

Məlumata əsasən, 3 milyon 563 min 574 seçici Qırğızıstanda keçirilən prezident seçkiləri və referendumda səs verə biləcək.

Qırğızıstan Respublikasının idarəetmə formasının seçilməsi ilə bağlı referenduma aşağıdakı məsələ təqdim olunur:

- prezident respublikası,
- parlamentli respublikası
- bütün seçimlərə qarşı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti