...

İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub

Dünya xəbərləri Materials 15 Yanvar 2021 22:35 (UTC +04:00)
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub

Bakı. Trend:

İsraildə ötən sutka ərzində koronavirusa 6 845 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 535 049 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 50 nəfər ölüb, 7 183 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 910, sağalanların sayı isə 453 358 nəfər təşkil edir.

Nazirlikdən qeyd ediblər ki, İsraildə 2 milyondan artıq insan - əhalinin təxminən 21,5 faizi koronavirusa qarşı vaksinasiya olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti