...

Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq

Dünya xəbərləri Materials 20 Yanvar 2021 14:50 (UTC +04:00)
Co Bayden prezident qismində ilk bu sənədləri imzalayacaq

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimindən sonra imzalayacağı ilk fərmanlar açıqlanıb.

Trend-in məlumatına görə, yeni prezidentin imzalayacağı sənədlər arasında Meksika ilə sərhəddə ucaldılan divarın tikintisinin dayandırılması, eləcə də ABŞ-ın Paris iqlim sazişinə və Ümumdünya Səhiyyə Təşkilatına geri dönməsi barədə fərmanlar yer alıb.

Qeyd edək ki, Co Bayden bu gün prezident səlahiyyətlərinin icrasına başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti