...

Meksikada hərbi təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 22 Fevral 2021 01:42 (UTC +04:00)
Meksikada hərbi təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Meksika Hava Qüvvələrinə məxsus "Learjet" markalı təyyarə ölkənin Verakrus ştatında qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "El Universal" qəzeti öz saytında bildirib.

Məlumata əsasən, təyyarədə olan yeddi nəfər həlak olub.

Təyyarə qəzası bölgənin paytaxtı Xalapa şəhəri yaxınlığında baş verib. Hadisə yerinə xilasedicilər və hökumət rəsmiləri gəliblər.

Faciənin mümkün səbəbləri barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti