...

Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb

Dünya xəbərləri Materials 11 Aprel 2021 19:40 (UTC +04:00)
Qırğızıstanda referendum və yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb

Bakı. Trend:

Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üzrə referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilib.

Trend-in məlumatına görə, ölkə üzrə 2 483 məntəqə fəaliyyət göstərib, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilib. Siyahılara səs hüququ olan 3,6 milyon seçicinin adı salınıb.

Bildirilir ki, seçkilərdə səsvermə hüququna malik seçicilərin təxminən 30 faizi iştirak edib, lakin məntəqələrdən məlumatlar daxil olmağa davam edir.

Qeyd edək ki, seçkilər seçicilərin 30 faizdən çoxunun səs verəcəyi halda baş tutmuş sayılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti