...

Qüdsün yaxınlığında sinaqoq tribunası çöküb, ölənlər var

Dünya xəbərləri Materials 16 May 2021 23:51 (UTC +04:00)

Bakı. Trend:

İordan çayının Qərb sahilində yerləşən Qivat-Zivee sinaqoqun tribunası çöküb.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti bildirib.

Məlumata əsasən, hadisə nəticəsində iki nəfər ölüb və 130-dan çox insan yaralanıb.

Bildirilib ki, 132 nəfər xəstəxanalara çatdırılıb. Beş nəfərin vəziyyəti ağır, səkkizinin orta ağırdır, qalanları yüngül xəsarətlər alıb.

Hadisə zamanı sinaqoqda təxminən 600 nəfər olub. Hadisənin səbəbləri barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti