...

Fələstinlilərlə İsrail polisi arasında toqquşmalar başlayıb

Dünya xəbərləri Materials 21 May 2021 16:32 (UTC +04:00)
Fələstinlilərlə İsrail polisi arasında toqquşmalar başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

İordan çayının Qərb sahilində fələstinlilərlə İsrail polisi arasında toqquşmalar başlayıb.

Trend-in məlumatına görə, toqquşmalar bir neçə bölgədə qeydə alınıb.

Qüdsdə əl-Əksa məscidi yaxınlığında 20-yə yaxın yaralının olduğu deyilir.

Qeyd edək ki, mayın əvvəlində Qüdsdə baş vermiş toqquşmalardan sonra İsraillə Qəzza zolağı arasında münaqişə başlamışdı.

İsrail ötən gün hərbi əməliyyatları dayandırdığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti