...

Türkiyə sahillərində 5.9 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 22 İyun 2021 03:15 (UTC +04:00)
Türkiyə sahillərində 5.9 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyə sahillərindən bir neçə kilometr məsafədə yerləşən Yunanıstanın Dodekanes arxipelaqı yaxınlığında 5.9 bal gücündə zəlzələ olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Zəlzələnin episentri təxminən 2,5 min insanın yaşadığı Kefalos şəhərindən 39 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti