Bakı. Trend:
İsrail səlahiyyətlilərinin orada yaşayan ərəb ailələrinə məxsus evlərin alınması planlaşdırılan Şərqi Qüdsün Şeyx Cərrah məhəlləsində polislə toqquşmalarda ən az 20 fələstinli yaralanıb.
Trend-in TASS-a istinadən xəbər verir ki, bu barədə Qızıl ayparanın Fələstin cəmiyyəti məlumat yayıb.
Məlumata əsasən, qeyd edilən ərazidə toqquşmalar hazırda davam edir. İsrail təhlükəsizlik qüvvələri səs qumbarası və gözyaşardıcı qazdan istifadə etdikləri bildirilir.