...

İsraildə Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi açılıb

Dünya xəbərləri Materials 14 İyul 2021 12:12 (UTC +04:00)
İsraildə Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi açılıb

Bakı. Orxan Nəbiyev - Trend:

İsrailin paytaxtı Təl-Əvivdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyi açılıb.

Trend-in məlumatına görə, təntənəli açılış mərasimində İsrailin yeni prezidenti İshak Hersoq iştirak edib.

Qeyd olunur ki, səfirlik iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində fəaliyyətə başlayır.

İyun ayında BƏƏ-nin paytaxtı Əbu-Dabidə İsrail səfirliyi, Dubay şəhərində isə baş konsulluğu açılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti