...

Kubanın paytaxtında hakimiyyətə dəstək mitinqi keçirilib

Dünya xəbərləri Materials 17 İyul 2021 22:43 (UTC +04:00)
Kubanın paytaxtında hakimiyyətə dəstək mitinqi keçirilib

Bakı. Trend:

Kuba hakimiyyətinin 100 mindən çox tərəfdarı, keçən bazar günü baş verən aksiyaları qınaq və respublika rəhbərliyinin siyasi kursuna dəstək məqsədi ilə Havananın mərkəzi hissəsində mitinq keçiriblər.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Kuba Xarici İşlər Nazirliyi bildirib.

"100.000-dən çox sakin səhər tezdən ölkələrini həm xarici müdaxilələrdən, həm də ölkədə siyasi qeyri-sabitlik yaratmağı hədəfləyən qarışıqlıqlardan qorumaq istəyi ilə toplanıb", - məlumatda deyilir.

Mitinqdə ölkə prezidenti Miqel Dias-Kanel çıxış edib. Dövlət başçısı vurğulayıb ki, son günlərdə Kubada keçən bazar günü baş verən hadisələr barədə çox sayda qeyri-dəqiq məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti