...

Bezos dünyanın ən varlı insanı statusunu itirdi

Dünya xəbərləri Materials 31 İyul 2021 07:21 (UTC +04:00)
Bezos dünyanın ən varlı insanı statusunu itirdi

Bakı. Trend:

"Amazon"un banisi Ceff Bezos ötən sutka ərzində şirkətinin aksiyalarının ucuzlaşması ilə təxminən 14 milyard dollar itirdikdən sonra dünyanın ən varlı insanları reytinqində ikinci yerə düşüb.

Trend-in məlumatına görə, bu barədə "Forbes Real-Time" reytinqində deyilir.

Məlumata əsasən, C.Bezos sərvətinin 6,76 faizini və ya 13,9 milyard dollarını itirib. Hazırda onun sərvəti 192,4 milyard dollar təşkil edir.

Bununla da dünyanın ən varlı insanları reytinqində birinci yerə sərvəti 192,9 milyard dollar təşkil edən "Louis Vuitton Moët Hennessy" (LVMH) şirkətinin sahibi Bernar Arno qalxıb.

Bildirilir ki, üçüncü yerdə "SpaceX" şirkətinin banisi və "Tesla" şirkətinin baş direktoru İlon Mask qərarlaşıb. Onun sərvəti 179,4 milyard dollara qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti