...

Kosmosa səyahət qiymətləri bahalaşıb

Dünya xəbərləri Materials 7 Avqust 2021 12:36 (UTC +04:00)
Kosmosa səyahət qiymətləri bahalaşıb

Bakı. Çingiz Səfərli - Trend

İngilis milyarder Riçard Bransonun sahibi olduğu "Virgin Galactic" şirkəti bir müddət əvvəl kosmosa gerçəkləşdirilən uçuşdan sonra bilet satışlarına yenidən başlayıb.

Trend-in məlumatına görə, kosmos turizmi üçün qiymətlər artırılıb. Belə ki, bir nəfərlik bilet 450 min dollardan satışa çıxarılıb.

Qeyd edək ki, şirkət daha əvvəl ümumilikdə 600 nəfərə biletləri 200-250 min dollardan satmışdı.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti