...

İsraildə aktiv koronavirus xəstələrinin sayı 61 mini ötüb

Dünya xəbərləri Materials 20 Avqust 2021 05:18 (UTC +04:00)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 61 mini ötüb

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 414 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 970 607 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 25 nəfər ölüb və ölənlərin ümumi sayı 6 748 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 901 890 nəfəri sağalıb, aktiv xəstələrin sayı 61 969 nəfərə qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti