...

Türkiyə Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir - Ərdoğan

Dünya xəbərləri Materials 8 Sentyabr 2021 02:47 (UTC +04:00)
Türkiyə Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir - Ərdoğan

Bakı. Trend:

Ankara "Taliban"ın müvəqqəti hökumətin tərkibini açıqlamasından sonra Əfqanıstanda gedən prosesləri diqqətlə izləyir.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib: "Bu müvəqqəti kabinetin nə qədər fəaliyyət göstərəcəyini bilmirik. Bizə yalnız bu prosesi yaxından izləmək qalır".

T.Ərdoğan həmçinin Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin mümkün iştirakını da şərh edib:

"Əvvəldən biz bu məsələyə müsbət yanaşmışıq. Bizim olduğumuz mərhələdə, bizim nəzərimizcə, hələ heç bir müsbət dəyişiklik baş verməyib. Əgər prinsiplərimizə uyğun olan müsbət proses davam edərsə, biz də öz növbəmizdə bu məsələyə müsbət yanaşma nümayiş etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti