...

Türkiyədə son sutkada koronavirusdan 35 083 nəfər sağalıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2021 01:14 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 35 083 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 214 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 318 835 nəfər test edilib, 23 562 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 35 083 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti