Bakı. Trend:
Əlcəzairdə yük maşını sərnişin avtobusu ilə toqquşub.
Trend-in "Afrigatenews" portalına istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 18 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, yol qəzası Naama əyalətində baş verib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbi məlum deyil. Hadisə ilə əlaqədar araşdırma aparılır.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun ölənlərin ailələrinə başsağlığı verib.