...

Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub

Dünya xəbərləri Materials 15 Sentyabr 2021 04:15 (UTC +04:00)
Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub

Bakı. Trend:

Rusiyada 46 milyondan artıq insan koronavirusa qarşı tam peyvənd olunub.

Trend-in məlumatına görə, bunu "Rossiya-24" telekanalına müsahibəsi zamanı Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

Onun sözlərinə görə, ragionlarda bir aylıq peyvənd ehtiyatı yaradılıb, peyvənd çatışmazlığı yoxdur:

"Kifayət qədər peyvənd var, Rusiya Federasiyasının regionlarında ehtiyatlar təxminən 1 aylıq nəzərdə tutulub. Yazılmaq, ppeyvənd olunmaq problemi heç bir regionda yoxdur".

Qeyd edək ki, Rusiyada koronavirusa qarşı vaksinasiya prosesi yanvarın 18-i başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti