...

Rusiyada 22 mindən çox yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 12:59 (UTC +04:00)
Rusiyada 22 mindən çox yeni yoluxma qeydə alınıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 7,4 milyon nəfərə yaxınlaşır.

Trend-in məlumatına görə, ötən gün ölkədə 22 041 yeni yoluxma qeydə alınıb.

Eyni zamanda, 822 nəfər həyatını itirib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 203 095 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Rusiyada gündəlik ölüm halında ən yüksək göstərici qeydə alınmışdı. Sentyabrın 24-də 828 nəfərin vəfat etdiyi açıqlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti