...

İranda koronavirusdan ölənlərin sayı 120 mini keçib

Dünya xəbərləri Materials 30 Sentyabr 2021 15:02 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 120 mini keçib

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 268 nəfər koronavirusdan (COVID-19) ölüb, 14 078 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 120 428 nəfərə, yoluxanların sayı isə 5 572 962 nəfərə çatıb. Virus daşıyıcılarından 5 938 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 031 692 nəfər koronavirusdan sağalıb, 32,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 54,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 38,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 16,2 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 16 rayon qırmızı, 198 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti