...

Bağdadın "yaşıl zona"sına raket zərbələri endirilib

Dünya xəbərləri Materials 19 Dekabr 2021 06:26 (UTC +04:00)
Bağdadın "yaşıl zona"sına raket zərbələri endirilib

Bakı. Trend:

Bağdadda ABŞ və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi "yaşıl zona" bazar günü gecə raket atəşinə tutulub.

Trend bu barədə Al Arabiya agentliyinə istinadən məlumat verir. Bildirilir ki, ABŞ-ın İraqdakı səfirliyində siren səsləri eşidilib və müdafiə sistemi işə salınıb.

Qeyd olunur ki, zərbə Bağdadın şərqindəki Fələstin küçəsindən (Falastin) endirilib.

ABŞ səfirliyi hələlik raket zərbəsinin endiriləməsi ilə bağlı heç bir məlumat yaymayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti