...

Yamaykada Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator saxlanılıb

Dünya xəbərləri 16 Yanvar 2022 09:23 (UTC +04:00)
Yamaykada Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator saxlanılıb

Bakı. Trend:

Yamaykada Haiti prezidenti Jovenel Moizin qətlində əsas şübhəli sayılan keçmiş Haiti senatoru Con Coel Cozef saxlanılıb.

Trend xarici KİV-lərə istinadən xəbə verir ki, Cozefin muzdluları silahla təmin etdiyini və görüşlər planlaşdırdığını iddia edilir. Haiti polisinin araşdırma hesabatında deyilir ki, keçmiş Haitili senator prezidentə sui-qəsd etmək istəyində böyük rol oynayıb.

Xatırladaq ki, prezident Moiz ötən il iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülmüş, həyat yoldaşı yaralanmışdı. Sui-qəsddə 26-sı Kolumbiyalı və ikisi Haitidən olan amerikalı olmaqla bir qrup muzdlu iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti