...

Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb

Dünya xəbərləri 23 Yanvar 2022 23:54
Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Çexiyanın şimal-şərqində Pardubitse şəhəri yaxınlığındakı Lipoltiçe kəndində yoluxma faktları qeydı alınıb.

Trend xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə respublikanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Petr Vorliçek məlumat verib.

O, qeyd edib ki, yoluxma halları artıq baytar tərəfindən öz təsdiqini tapıb.

Yoluxma Perena quşçuluq fermasında ev ördəklərində aşkarlanıb. Orada saxlanılan 3500 quşdan 380-də virus təsdiqini tapıb. Baytarlar bazar ertəsi qalan quşları məhv edəcəklər. Mütəxəssislər xəstəliyin ölkənin şimal-şərq bölgəsindəki digər quşçuluq təsərrüfatlarına da keçə biləcəyi barədə xəbərdarlıq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti