...

Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 28 Yanvar 2022 02:54 (UTC +04:00)
Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs, eləcə də sərhədə cəlb olunmuş əlavə qüvvə və texnikanın dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Sərhəd Xidməti xəbər verib.

"Qırğızıstan prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayev və respublikanın Batken istiqamətindəki sərhəd nümayəndəsi Kyyalbek Tolonbayev Tacikistanın Suqd vilayətinin qubernatoru Rəcəbba Əhmədzoda və sərhəd nümayəndəsi arasında aparılmış danışıqlar nəticəsində respublikada tam atəşkəs haqqında razılaşmalar əldə edilib. Həmçinin tərəflərin hər birinin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrinin daimi dislokasiya yerlərinə geri çəkilməsi barədə razılığa gəlinib".

Həmçinin danışıqlar zamanı tərəflər Batken-İsfana avtomobil yolunda (Qırğızıstan) hərəkətin açılması barədə, eləcə də münaqişələrin qarşısının alınması məqsədilə Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının sərhədyanı ərazilərdə birgə patrul xidməti haqqında razılığa gəliblər.

xxx

01:27

Qırğızıstan və Tacikistan sərhəd nümayəndələri sərhəddə baş verən insidentlə bağlı görüş keçirir.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

"Qırğızıstanın sərhəd nümayəndələri Tacikistanın Suqd vilayətinin qubernatoru və Tacikistanın sərhəd nümayəndəsi ilə görüş keçirirlər. Görüş Batken vilayətinin Kak-Sai bölgəsində keçirilir".

Yerli vaxtla saat 02:00 üçün olan məlumata görə, Koço-Boyu və Dahma ərazilərində atışma dayandırılıb. Qolovnoy və Tort-Koço ərazilərində vaxtaşırı atışma səsləri eşidilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti