...

İnterpol Rusiyanı öz sıralarından kənarlaşdırmayacaq

Dünya xəbərləri Materials 11 Mart 2022 03:49 (UTC +04:00)
İnterpol Rusiyanı öz sıralarından kənarlaşdırmayacaq

Bakı. Trend:

İnterpolun nizamnaməsində onun üzvlərinə qarşı sanksiyaların tətbiqi imkanları nəzərdə tutulmayıb.

Trend-in məlumatına görə, bu barədə təşkilatına açıqlamasında bildirilib.

"İnterpolun nizamnaməsində deyilir ki, təşkilat hüquq-mühafizə orqanlarının əməkdaşlığını dəstəkləməli və açıq kommunikasiya kanallarını təmin etməlidir. İnterpolun mandatında sanksiyaların tətbiqi, cəza tədbirlərinin görülməsi nəzərdə tutulmur. Bundan əlavə, nizamnamədə hansısa ölkənin çıxarılması və ya üzvlüyünün dayandırılması mümkünlüyü barədə bəhs olunmur", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr İnterpolu Rusiyanın qurumdakı üzvlüyünü dayandırmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti