Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Barak Obama koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə keçmiş prezident özünün "Twitter" səhifəsində yazıb.
"İndicə COVİD testinin müsbət nəticəsini aldım. Bir neçə gündür boğazım ağrıyır, özümü yaxşı hiss edirəm", - deyə B.Obama bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı Mişel Obamanın COVİD testinin nəticəsində mənfi çıxıb.