Bakı. Trend:
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 138 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 298 252 nəfər test edilib, 17 426 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 35 568 nəfər sağalıb.