Bakı. Trend:
Ötən 3 gün ərzində İranda müxtəlif yol qəzalarında 107 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Yol Poliasi Yol Hərəkətinə Nəzarət və İnformasiya Mərkəzinin rəisi polkovnik Əhməd Şirani deyib.
Onun sözlərinə görə, ölkədə baş verən yol qəzalarının 82%-i sürət hədini aşma, qanunsuz ötmə, yorğunluq və idarəetməni itirmə ilə əlaqədar olub.
Şirani qeyd edib ki, ötən günlərdə ölkədə avtomobillərin hərəkəti keçən ilin analoji dövrü ilə nisbətdə 29% artım qeydə alınıb.