...

"Volkswagen" Ukraynadan tədarük probleminə görə işini yenə dayandırıb

Dünya xəbərləri Materials 28 Mart 2022 13:46 (UTC +04:00)
"Volkswagen" Ukraynadan tədarük probleminə görə işini yenə dayandırıb

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislavada fəaliyyət göstərən "Volkswagen" avtomobil zavodu son bir həftə ərzində ikinci dəfə işini dayandırır.

Trend-in məlumatına görə, qərar Ukraynadan elektron komponentlər tədarükünün dayanması ilə əlaqədar verilib.

Ötən həftənin əvvəlində zavod öz işini üç gün müddətinə dayandırmış, daha sonra fəaliyyətini qismən bərpa etmişdi.

Qeyd edək ki, Bratislavada 1991-ci ildən fəaliyyət göstərən "Volkswagen" zavodu Avropanın ən iri zavodlarından biridir. 30 il ərzində zavodda 6 milyondan çox "Volkswagen" qrupuna daxil olan avtomobil modeli istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti